Kürdəmirdə mağaza yanıb (VİDEO)

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112”
qaynar telefon xəttinə Kürdəmir rayonunun Qaramahmudlu kəndində
(rayon Yanğından Mühafizə Hissəsindən təqribən 25 km məsafədə)
ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon
Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına
istinadla xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasında baş
verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər
sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə
yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində anbarla birlikdə ümumi sahəsi 100 kv.m olan
mağazanın təqribən 60 kv.m hissəsi yanıb. Mağazanın qalan hissəsi,
bitişik tikili və yaxınlıqda yığılmış ümumi həcmi 5 ton olan
yanacaq çəlləkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə
olunub.

Teqlər: