Holcim şirkəti Bloomberg Media ilə tərəfdaşlıq çərçivəsində bu qəbildən olan ilk Barometri ilə Dairəvi Şəhərləri araşdıracaq

Bloomberg-in “The Year Ahead” tədbirində Holcim və Bloomberg Media dairəvi şəhərləri araşdıran yeni fərdiləşdirilmiş kontent – ilk “Dairəvi Şəhərlər üçün Barometr” (Circular Cities Barometer) üzrə əməkdaşlığa başladıqlarını elan etdilər. Dünya iqtisadiyyatı 2040-cı ilə qədər 2,3 planetin resurslarını istehlak edəcək trayektoriyada misli görünməmiş 94 trilyon ABŞ dolları həcmində artım əldə etdi. Bu artımın insanların rifahı və planet naminə işləməsini təmin etmək üçün, dairəvilik iqtisadiyyatımızın xətti “götür-yarat-at” (take-make-waste) sistemindən dairəvi “azalt-təkrar istifadə et-təkrar emal et” (take-make-waste) sisteminə keçidi üçün əsasdır. Əhalinin sayının artması və iqtisadi artımı ilə şərtlənən bu dəyişikliyin ön sıralarında şəhərlər gedir. Dairəvi şəhərlərin strukturunu dayanıqlı inkişafın katalizatorları kimi daha yaxşı başa düşmək üçün, Holcim bütün dünyada qabaqcıl təcrübələri müəyyən etmək və tanıtmaq məqsədilə dünyada ilk “Dairəvi Şəhərlər üçün Barometr”i (Circular Cities Barometer) hazırlamaq üçün Bloomberg Media ilə əməkdaşlıq edir. Barometrin ilk nəticələri 2022-ci ilin aprel ayında “Bloomberg Green Summit”də açıqlanacaq.

Yan Yeniş, Holcim-in Baş icraçı direktoru: “Dairəvilik zəmanəmizin bizə verdiyi bir fürsətdir. Bu, iqtisadi artımın “iqlim dostu”, təbiət üçün əlverişli və sosial cəhətdən inklüziv tərəflərini üzə çıxarır. Tikinti ilə bağlı baxış bucağım hər yeni binada təkrar emal edilmiş materiallardan istifadə etməklə köhnədən daha çox yenisini tikməkdir. Şəhərlərdə daha çox dairəvilik imkanlarını genişləndirməyin yollarını daha yaxşı başa düşmək üçün Bloomberg ilə əməkdaşlıq çərçivəsində ilk “Dairəvi Şəhərlər üçün Barometr”i (Circular Cities Barometer) işə salmaqdan qürur duyuram.

Loren Kil, Bloomberg Media-nın “Bloomberg Green” üzrə Baş direktoru: “Şəhərləri dairəvi edən bütün amilləri – irəliləyişə səbəb olan əsas rıçaqlardan tutmuş, aradan qaldırılmalı olan problemlərə kimi bütün amilləri araşdırmaq üçün Holcim ilə əməkdaşlıq etməkdən məmnunuq. Bu mühüm işin mahiyyətini daha yaxşı başa düşərək, hamının inkişafı üçün daha “dairəvi” həyat təmin edə bilərik.”

Dairəvilik yerli iqtisadiyyatları insanlar və planet üçün faydalı şəkildə gücləndirir. Bu, təkrar emal, təmir və lizinq iqtisadiyyatlarında yeni iş yerləri yaratmaqla sosial cəhətdən inklüzivdir. Məsələn, təkrar emal edilən hər 10.000 ton tullantının 100-dən çox yeni iş yerinin yaranmasına səbəb olduğu təxmin edilir. Dairəvilik “iqlim dostu”dur, çünki materialların 80%-nin təkrar emalı 2040-cı ilə qədər atmosferimizdən ən azı 50 milyard ton CO2 emissiyasını azaldacaqdır. Bu, həm də təbiət üçün əlverişlidir, çünki ilkin materialların təkrar emal edilmiş materiallarla əvəz edilməsi biomüxtəlifliyi qoruyur.

Şəhərlər böyüdüyü üçün xətti iqtisadiyyatdan dairəvi iqtisadiyyata keçidin ön sıralarında gedir. 2050-ci ilə qədər dünya əhalisinin 70%-nin şəhərlərdə yaşayacağı və 2,5 milyard nəfərlik artımın olacağı proqnozlaşdırılır. Şəhərlərin planetimizin sərhədləri daxilində qalaraq böyüməsinin yeganə yolu daha dairəvi olmaqdır. Şəhərlər təkrar emal edilmiş materiallara geniş çıxış imkanı sayəsində vəziyyəti yaxşılığa doğru dəyişmək üçün kifayət qədər kütləyə malikdir.

Tikinti sektoru dairəvi iqtisadiyyata keçiddə əsas rol oynayır. Holcim “xalis sıfır” emissiyaya aparan yol xəritəsinin bir hissəsi olaraq, 2030-cu ilə qədər bu nisbəti iki dəfə artıraraq 100 milyon tona çatdırmaq üçün bu il öz fəaliyyətində 50 milyon tondan çox materialı təkrar emal edərək, bu sahədə liderdir. Holcim üç əsas istiqamətə fokuslanır:


● Təkrar emal edilmiş materiallardan daha çox yeni bina tikmək üçün şəhər mədənçiliyinə fokuslanmaqla materialların təkrar emalı. “ECOPlanet” xətti çərçivəsində Holcim bütün dünyada tərkibində 20% təkrar emal edilmiş tikinti və söküntü tullantıları olan ilk sementi istifadəyə verdi.

● Ağıllı (smart) dizaynı gücləndirməklə, 3D çapdan tutmuş daha az xərclə daha çox tikmək üçün ən yüksək səmərəliliyə malik DYNAMax betonuna qədər texnologiyaları tətbiq etməklə, binaların materialdan istifadəsinin və bunun nəticələrinin azaldılması.

● Dam örtüyündən tutmuş izolyasiya sistemlərinə qədər ağıllı və enerjiyə qənaət edən həllər spektrini daim genişləndirməklə, binaların daha uzun ömürlü olması üçün təmiri və bərpası.

Holcim-in dairəvi tikintiyə yanaşması haqqında daha ətraflı məlumat almaq üçün baxın: www.holcim.com/circular-construction.

Teqlər: