Stoltenberq NATO üzvləri arasında fikir ayrılıqlarının olduğunu deyib

NATO müttəfiqləri arasında fikir ayrılıqları var.

AzerTimes-ın məlumatına görə, bunu təşkilatın baş katibi Yens Stoltenberq bazar ertəsi The Washington Post-un təşkil etdiyi onlayn müzakirə zamanı etiraf edib.

Bununla belə, onun sözlərinə görə, alyans üzvləri birlik nümayiş etdirirlər.

“NATO Atlantikanın hər iki tərəfində yerləşən 30 dövləti birləşdirən ittifaqıdır. Əlbəttə, bir çox məsələlərdə fikir ayrılıqları var. NATO yaranandan belə olub, 1956-cı ildə Süveyş böhranı zamanı, ya da 1960-cı illərdə Fransanın alyansı tərk etmək istəyəndə, yaxud 2003-cü il müharibəsi zamanı (ABŞ-ın İraqdakı əməliyyatları – red.). Ona görə də fikir ayrılıqları olub, var və olacaq. Lakin NATO-nun gücü birlikdədir. Biz hər zaman eyni məqsədlərimiz ətrafında birləşməyi bacarmışıq”, – deyə Stoltenberq vurğulayıb.

Teqlər: