Hindliləri və afrikalını aldadıb Bakıya gətirdilər

Hindliləri və afrikalını aldadıb Bakıya gətirdilər

Azərbaycanda qanunsuz yaşayan əcnəbilər tutulub.   

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zaman ölkə ərazisində qanunsuz yaşayan 9 nəfər Hindistan, 1 nəfər Banqladeş və 1 nəfər Nigeriya vətəndaşı saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Hindistan vətəndaşları Marimuthu Suresh, Murugeshan Jayanal, Murugeshan Vignes, Manikandar Mathivazhagan, Elayaraja Radhakrishna, Vallyakalam Sebastian, Puthenpuraparmbu Majeed, Philip Rony, Cherian Sunish ölkəyə “ASAN Viza” sistemi vasitəsilə verilmiş elektron viza ilə gəliblər. Qeyd edilən əcnəbilərin Şri Lanka vətəndaşı Sahul Hameeduge Sanoordeen tərəfindən Azərbaycan Respublikasında müvafiq yaşama icazələrinin alınması vədi ilə aldadılaraq gətirildiyi müəyyən edilib.

Bundan əlavə, adıçəkilən Hindistan vətəndaşlarının və Nigeriya vətəndaşı Akhabue Wilfred Ehikioyanın qeydiyyatsız olaraq yaşadıqları “Sport Baku Hostel”in inzibatçısı Elnur Məmmədov tərəfindən onlara təhsil pərdəsi altında müvəqqəti yaşama icazələrinin alınmasına dair vədlər verildiyi və həmin şəxslərin qanunsuz olaraq ölkə ərazisində qalmalarına şərait yarıdıldığı məlum olub.

Eyni zamanda “Sport Baku Hostel”də saxlanılmış Banqladeş vətəndaşı 1 avqust 1988-ci il təvəllüdlü MD Shawa Buhiyanın əvvəllər ölkə ərazisindən kənara inizbati qaydada çıxarıldığı, bilərəkdən pasport məlumatlarını dəyişərək 10 avqust 1988-ci il təvəllüdlü Nur Mohammad kimi Azərbaycan Respublikasına yenidən daxil olduğu aşkar edilib.