Azərbaycanlı idmançı Türkiyədə rekorda imza atdı

Azərbaycanlı idmançı Türkiyədə rekorda imza atdı

Azərbaycanlı idmançı Türkiyədə rekord vurmaqla adını tarixə yazdırdı.

Bursada keçirilən Atletizm Super Liqasının finalında Ramil Quliyev inanılmaz şeyi bacarıb. O, 100 metr yarışında 9.97 saniyəlik nəticə göstərib. Bununla da, Ramil dünya atletizm tarixində 10 saniyədən az məsafədə bu məsafəni qət edən üçüncü ağdərili olub.

İdmançı bu il yarışdığı 11 yarışın hamısında finalın qalibi olub.

Azərbaycanlı atlet 2008-ci ildə Yay Olimpiya Oyunlarında təmsil edib. Ramil Quliyev 29 may 1990-cı ildə Bakıda anadan olub. 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edərək Türkiyə bayrağı altında çıxış etməyə başlayıb.

Ramin Quliyev