Hindistanın cənub-şərqində azı 17 nəfər daşqınlar nəticəsində həyatını itirib

Hindistanın cənub-şərqindəki Andhra Pradeş ştatında musson leysanları nəticəsində azı 17 nəfər ölüb.

AzerTimes xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, daha 100 nəfər itkin düşüb.

Noyabrın 18 axşam saatlarında başlayan leysan daşqınlara səbəb olub, bir sıra kəndləri su basıb. Zərər çəkmiş ərazilərdə xilasetmə əməliyyatına başlanılıb, əməliyyatlarda ölkənin Hərbi Hava Qüvvələrinin helikopterləri ekipajları və təbii fəlakətlərlə mübarizə qüvvələrinin bölmələri iştirak edir.

Ştatın bəzi ərazilərində 200 mm-ə qədər yağıntı düşüb, zərərçəkənlər üçün müvəqqəti yaşayış düşərgələri yaradır və əhalini pulsuz yeməklə təmin edir.

Ölkənin baş naziri ştata lazımi yardımın göstəriləcəyini bildirib.

Teqlər: