Moskvada yaşayış binasında yanğın baş verib, bir nəfər ölüb

Moskvanın Leninski prospektində yaşayış binasında üç otaqlı mənzildə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər isə xilas edilib.

Trend xəbər verir ki, Leninski prospekti, 3 ünvanında, altıncı mərtəbədə üç otaqlı mənzildə yanğın baş verib, sahəsi 65 kv. olan mənzil tamamilə yanıb. Yanğın nəticəsində ev sahibəsi ölüb, daha iki nəfər xilas edilib.

Qeyd olunur ki, qonşu mənzillərin sakinləri təxliyyə edilib.

Yanğının səbəbləri araşdırılır.

Teqlər: