Hindistanda qasırğa nəticəsində 40 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanın bir neçə ştatında tüğyan edən “Tauktae” qasırğası nəticəsində azı 40 nəfər həlak olub.

AzerTimes-ın məlumatına görə, təkcə Mumbay şəhərində 12 nəfər qasırğanın qurbanı olub.

Bir sıra bölgələrdə ağaclar, elektrik dirəkləri qırılıb.

Hindistanın Hərbi-Dəniz Qüvvələri dənizdə qəzaya uğramış gəminin heyətinin axatarışlarını aparır.

Qeyd olunur ki, 184 nəfər xilas edilib, daha 89 nəfərin axtarışları davam edir.