Bakıda ağac yanıb

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində ağaclıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində 1 ədəd şam ağacı və 20 kv.m sahədə quru ot yanıb.


Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın söndürülüb.

Teqlər: