Hindistan səfirliyi 8-ci Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün tədbirlərə start verib (FOTO)

21 iyun 2022-ci il tarixində Azərbaycanda 8-ci Beynəlxalq Yoqa
Günü (IDY 2022) qeyd olunacaq.

Bununla bağlı baş tutmuş tədbirdə çıxış edən Hindistan səfiri
cənab B. Vanlalvavnanın sözlərinə görə, Səfirlik müxtəlif yoqa
məktəbləri və dövlət qurumları ilə əməkdaşlıq edərək 21 iyun
Beynəlxalq Yoqa Günü ərəfəsində Bakıda və Azərbaycanın bir sıra
region mərkəzlərində yoqa tədbirləri təşkil edəcək.

Yoqa tədbirləri Bakıda və onun ətrafında yerləşən məşhur
məkanlarda – Qobustan, Atəşgah, Yanardağ, İçərişəhər və Heydər
Əliyev Mərkəzinin parkında təşkil olunacaq. Bundan başqa, regional
gənclər mərkəzləri ilə birgə Sumqayıt, Lənkəran və Qubada da yoqa
tədbirləri keçiriləcək.

Yoqa müəllimləri cənab Kənan Məmmədov (Art of Living), cənab
Elçin Quliyev (Klassik Yoqa Məktəbi), xanım Səbinə Şahi (Yoga Shahi
Studio), xanım Ruqiya Əşrəfli (Ruchira Yoga Space), xanım Lalə
Xancanova və xanım Preeti Ullas sözügedən yoqa seanslarına
rəhbərlik edəcəklər.

İlk iki sessiya mayın 26 və 30-da Nərimanov rayonu, Olimpiya
küçəsi, 6A ünvanında yerləşən Hindistan Səfirliyində
keçiriləcək.

Yoqa proqramları haqqında ətraflı məlumatı Səfirliyin Facebook
(facebook.com/indiainazerbaijan) və Twitter
(twitter.com/indembassybaku) səhifələrində ala bilərsiniz.

Teqlər: