Bakıda rok festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə rəsmi irimiqyaslı rok festivalı
keçiriləcək.

AzerTimes-ın məlumatına görə, TMB
TV Azərbaycanın təşkilatçılığı ilə baş tutacaq festivalın məqsədi,
ölkəmizdə rok janrını tanıtmaq, təbliğ və inkişaf etdirməkdir.

Festivalda yerli rok musiqiçilərinin öz bəstələrinidən ibarət
əsərləri səslənəcək. Festivalda The Passion, Free From Four, Dədə
Baba, Orxan Efendi, Qara Dərviş, Groove in spires, Sadnos, Evil
Decay kimi rok qruplar iştirak edəcək.

Qeyd edək ki, festivalın qala gecəsi iyunun 11-də Heydər Əliyev
Sarayında keçiriləcək. Həftə ərzində isə festival iştirakçılarının
özəl proqramlarla konsert çıxışları təşkil olunacaq. Biletləri
Heydər Əliyev Sarayının kassalarından, eləcə də onlayn əldə etmək
mümkündür. Məlumat üçün bildirək ki, tələbələr tələbə kartını
iTicket satış nöqtələrində təqdim etməklə 20 AZN kateqoriyasına 50%
endirimlə bilet əldə edə bilərlər.

Teqlər: