Heyvan dişləməsi zamanı mütləq həkimə müraciət olunmalıdır

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi,
təcili yardım həkimi ATV-nin “Səhər” proqramına müsahibəsində bu
xəstəliyin əlamətləri və ilk yardımın göstərilməsi qaydaları barədə
məlumat verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında
izləyə bilərsiniz. Linki Sizə təqdim edirik. https://youtu.be/_DnSlmv3K6Q

Qeyd edək ki, Quduzluq ağır yoluxucu xəstəliklərdən biridir. Bu
virus pişik, it kimi vəhşi heyvanlardan insana keçir. Ağır
əlamətlərlə xarakterizə olunan quduzluq əksər hallarda ölümlə
nəticələnir. Quduzluq insan orqanizminə təkcə dişləmə ilə deyil,
həm də quduz heyvanın ağız suyunun açıq yaraya dəyməsi nəticəsində
düşə bilir. Quduzluq vaxtında müalicə olunmazsa, peyvəndlər
vurulmazsa 100 faizə qədər ölümlə nəticələnə bilir.

Teqlər: