İranda hərbi bazada yanğın olub

Xəbər - Orxan Nəbiyev – Trend:

İranın qərbindəki Kirmanşah vliayətində hərbi bazada güclü
yanğın olub.

Trend-in
məlumatına görə, yanğın bazanın yanacaq anbarında başlayıb.

Hadisə nəticəsində bir sıra tikililərə ciddi ziyan dəyib.

Xəsarət alanların olmadığı deyilir. Hazırda yanğının səbəbləri
və dəyən ziyanın həcmi ilə bağlı araşdırmalar aparılır.