Heydər Əliyev Beynəlxalq Aeroportu bütün beynəlxalq aviaşirkətlər üçün açıqdır – direktor müavini

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün beynəlxalq
aviaşirkətlər üçün açıqdır.

AzerTimes-ın
məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun
direktor müavini Elnur Zülfiqarov ilk “FlyArystan” reysinin
açılmasına həsr olunan mətbuat konfransında deyib

Onun sözlərinə görə, ölkəmiz bütün aviaşirkətlərini ölkəyə qəbul
etməyə hazırdır:

“Bugünkü ilk “FlyArystan” reysinin 2020-ci ilin martında
başlaması planlaşdırılırdı, lakin pandemiya səbəbindən təxirə
salınıb. Aşağı büdcəli şirkətlər tərəfindən uçuşların açılması
vətəndaşlarımıza əlverişli qiymətlərlə uçmağa imkan verəcək”.

O xatırladıb ki, aprelin 5-dən Azərbaycanın “Buta Airways”
loukoster aviaşirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm
reyslər həyata keçirməyə başlayır.

Teqlər: