ABŞ Rusiya və Belarusun daha 120 təşkilatına qarşı sanksiya tətbiq etmək niyyətindədir

ABŞ administrasiyası tezliklə Rusiya və Belarusdan daha 120
təşkilatı yüksək texnologiyalardan məhrum etmək üçün sanksiya
siyahısına əlavə edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru
Keyt Bedinqfild bildirib.

“Yaxın günlərdə Ticarət Nazirliyi sanksiyalar siyahısına Rusiya
və Belarusdan daha 120 təşkilatı əlavə etməklə Rusiyanın müdafiə,
aerokosmik və dəniz sektorunun mövqelərini pisləşdirmək üçün əlavə
tədbirlər görəcək. Bu siyahıya daxil edilməsi o deməkdir ki, bu
təşkilatlar artıq ABŞ-ın yüksək texnologiyalarını lisenziyasız əldə
edə bilməyəcəklər,”- deyə o qeyd edib.

Onun sözlərinə görə, lisenziyanın eldə edilməsinə bütün hallarda
olmasa da, əksər hallarda imtina veriləcək.