Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrilməsində böyük rol oynayıb – Sergey Markov

Heydər Əliyev Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclü
ölkəyə və yekunda ərazilərini erməni işğalından azad etmiş güclü
ordusu olan ölkəyə çevrilməsində böyük rol oynayıb.

Bunu Trend
Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov
deyib.

Onun sözlərinə görə, Heydər Əliyev bir neçə vacib tapşırıq
yerinə yetirib.

“Birincisi, Heydər Əliyev Azərbaycanda gedən vətəndaş
müharibəsini dayandırıb. Biz xalq cəbhəsindən olan radikalları
xatırlayırıq. İkinci tarixi tapşırıq o idi ki, Heydər Əliyev
diplomatik istedadını istifadə edərək Ermənistanla müharibəni
dayandırdı. Rusiya, Türkiyə, Amerika, Avropa rəhbərlikləri ilə
işləyərək o, döyüş əməliyyatlarının dayandırılmasına nail oldu”, –
deyə o bildirib.

S.Markov qeyd edib ki, Heydər Əliyevin reallaşdırdığı üçüncü
tapşırıq Azərbaycanın yeni dövlətçiliyinin qurulması idi.

“Sovet dövlətçiliyinin və xalq cəbhəsindən radikalların qurmağa
çalışdığı dövlətin qalıqları üzərində Heydər Əliyev yeni
dövlətçilik yaratdı. Öz müdrikliyinə və Azərbaycan vətəndaşlarının
mütləq çoxluğunun dəstəyinə arxalanan Heydər Əliyev tez bir zamanda
möhkəm və sabit siyasi institut qura bildi. Heydər Əliyevin yerinə
yetirdiyi dördüncü tapşırıq dünyəvi dövlətçiliklə İslam ənənələri
arasında perspektivli balansın qurulması idi. Dünyəvi dövlət
institutlarının və İslam ənənələrinin qarşılıqlı münasibətlər
məsələsi əhalinin çoxluğunun İslam mədəniyyətinə mənsub olduğu
bütün ölkələr üçün ən çətin problemlərdəndir. Bir çox dövlətlər
bunun öhdəsindən gələ bilmir. Heydər Əliyev isə İslam ənənəsinin və
dünyəvi dövlətçiliyin ahəngi ilə bağlı Türkiyə təcrübəsindən
maksimum yararlana bildi. Bununla da Azərbaycanda siyasi sabitlik
təmin olundu”, – politoloq deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin yerinə yetirdiyi beşinci
tapşırıq əlverişli xarici mühitin yaradılması olub.

“Heydər Əliyev hər sahədə Azərbaycana kömək edən Türkiyə ilə
müttəfiq münasibətləri, Rusiya ilə xoş, dostluq və tərəfdaşlıq
münasibətləri və eyni zamanda ABŞ və Avropa İttifaqı ilə sakit,
tərəfdaşlıq əlaqələri qura bildi. Beləliklə, Azərbaycanın inkişafı
üçün əlverişli xarici mühit yarandı.

S.Markov bildirib ki, altıncı tapşırıq enerji strategiyasının
hazırlanması və Azərbaycan dövlət büdcəsinə vəsaitlərin daxil
olması üçün səmərəli mənbənin yaradılması idi.

“Bu, dəqiq hazırlanmış “Əsrin müqaviləsi” sayəsində mümkün oldu.
Bunun mahiyyəti ondadır ki, Heydər Əliyev eyni zamanda Azərbaycanın
neft-qaz yataqlarının işlənməsi üçün iri qərb korporasiyalarının
investisiyaları və texnologiyalarını cəlb etdi və bununla qərb
korporasiyalarının köməyi ilə Avrozona ölkələrində Azərbaycan nefti
və qazı üçün pay əldə etdi. Eyni zamanda Heydər Əliyev əsas səhmlər
paketini və neft-qaz hasilatı və satışından gəlirlərin böyük
hissəsini Azərbaycan Dövlət Neft Şirkətinə saxlaya bildi. Nəticədə
Azərbaycan qərb korporasiyalarının hasilatı həyat keçirdiyi və
bütün gəlirləri özünə saxlamasında ifadə olunan tələdən yaxa
qurtara bildi. Heydər Əliyev həmin tələyə düşmədi və eyni zamanda
Azərbaycan qərb korporasiyalarından investisiyalar, texnologiyalar
və bazarlar əldə edərək, gəlirləri və nəzarəti özündə saxladı”, –
politoloq deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin siyasəti Prezident İlham
Əliyev tərəfindən tam şəkildə davam etdirilib və o da özünün tarixi
tapşırıqlarını yerinə yetirib.

“Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunun
böhransız, sakit işini təmin edə bildi ki, bu da ölkəni ən etibarlı
enerji daşıyıcıları tədarükçülərindən birinə çevirdi. Bunun
sayəsində Prezident İlham Əliyev Azərbaycanın iqtisadi artımının
yüksək templərini təmin edə, eləcə də korrupsiyanın öhdəsindən gələ
bildi. Nəticədə Azərbaycan neft və qazından gələn pullar
korrupsiyaçılara deyil, büdcəyə getdi və sosial problemlərin həlli,
infrastrukturun qurulması və güclü ordunun yaradılmasına istifadə
olundu. Məhz uzun illər hazırlanan güclü ordu yekunda ikinci
Qarabağ müharibəsində Ermənistan üzərində heyrətamiz qələbə
qazandı, işğal edilmiş torpaqları azad etdi”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: