Azərbaycanda din xadimləri attestasiyadan keçəcək

Azərbaycanda din xadimləri attestasiyadan keçəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi tərəfindən təsdiq edilən “İslam dininə aid ibadət
yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması,
attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nda əksini
tapıb.

Qaydada qeyd olunur ki, “Dini etiqad azadlığı haqqında”
Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinə
əsasən din xadimləri hər beş ildən bir attestasiya edilir.

Attestasiyasının keçirilməsi məqsədi ilə Komitədə Qafqaz
Müsəlmanları İdarəsinin, Komitənin strukturuna daxil olmayan
tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin
Təbliği Fondunun nümayəndələri, habelə mütəxəssislər daxil olmaqla
9 nəfərdən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya
komissiyasının tərkibi sədrdən, katibdən və digər üzvlərdən ibarət
olmaqla, Komitə sədri tərəfindən təsdiq edilir.

Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və attestasiya
zamanı sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və
digər məlumat mənbələrinin siyahısı Komitə sədri tərəfindən təsdiq
edilir və attestasiyanın başlanılmasına ən geci 1 (bir) ay qalmış
attestasiyadan keçən din xadimlərinin nəzərinə çatdırılır.

Teqlər: