AHİK rəhbərliyi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Mayın 10-da – dövlətimizin qurucusu və banisi, xalqımızın
xilaskar oğlu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü
günündə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, AHİK-in
rəhbərliyi və kollektivi, həmçinin üzv və tabe təşkilatların
sədrləri Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət
ediblər.

Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi
ehtiramla yad edilib.

Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilərək məzarı
üzərinə gül dəstələri düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim
Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Teqlər: