Hesablama Palatasının Kollegiya iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi”nin, “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi”nin və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi”nin layihələrinin rəylərinə baxılıb, ətraflı müzakirə edildikdən sonra təsdiq edilib və müvafiq qaydada Azərbaycan Respublikası Milli Məclisinə göndərilib.
AzerTimes xəbər verir ki, iclasda, həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı gündəlikdə dayanan cari məsələlərə baxılıb.