Ukrayna yeni HHM sistemləri aldı

Ukrayna yeni HHM sistemləri aldı

Kiyevə enerji obyektlərini qorumaq üçün yeni hava hücumundan müdafiə sistemləri göndərilib.

AzerTimes xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

“Hərbçilər məni əmin ediblər ki, yeni hava hücumundan müdafiə sistemləri paytaxta gətirilib. Səma daha çox qorunacaq. Ümid edirik ki, kamikadze dronlar vasitəsilə hücumlar və təxribatlar bundan sonra baş verməyəcək”, – o deyib.

Teqlər: