Qarabağda yaşıllaşdırma işlərinə başlanıldı – Foto

Qarabağda yaşıllaşdırma işlərinə başlanıldı – Foto

Biz bütün ərazilərimizdə öz yetişdirdiyimiz zeytun, Eldar şamı, sərv və s. ağaclardan istifadə edirik. Artıq işğaldan azad olmuş torpaqlarımızda da yaşıllaşdırma işlərinə başlamışıq.

AzerTimes xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Ramik Əşrəfov deyib.

Onun sözlərinə görə, Zəngilanda artıq 55 hektar sahədə iynəyarpaqlı və yarpaqlı ağacların əkilməsinə başlanılıb:

“Həmçinin, Füzuli Beynəlxalq Hava Limanı ətrafında bizim üçün ayrılmış 200 hektardan çox ərazinin 60 hektarı əkin üçün hazırdır. Cəbrayılda isə əkin işləri üçün 25 hektar sahə tam hazırlanıb.

Hazırda zeytun ağaclarını 2014-cü ilə qədər Azərbaycana Türkiyə və İspaniyadan gətirilən tingləriylə özümüz istixanada yetişdiririk. Həmçinin, onlar arasında yerli sortlar da var. Yetişdirdiyimiz yeni tinglərin bir qismini Füzuli və Cəbrayılda yoxlayacağıq”.

Teqlər: