Hərbi hissənin yaradılmasının ildönümü qeyd edilib (FOTO)

Fevralın 11-də “N” hərbi hissənin yaradılmasının ildönümü
münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər
Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilib.

Əlamətdar gün münasibətilə Müdafiə nazirinin təbriki şəxsi
heyətə çatdırılıb.
Tədbirdə digər çıxış edənlər hərbi hissənin yaranma tarixindən,
Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran
vəzifələrdən danışıblar. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu
istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Dövlətimizin
başçısının diqqət və qayğısı sayəsində hərbi hissənin döyüş
hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin
sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün
hər cür şəraitin yaradıldığını qeyd ediblər.

Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən
hərbi qulluqçular fəxri fərmanla təltif olunublar.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin
kollektivinin təqdimatında konsert proqramı ilə başa çatıb.

Teqlər: