Həkimlər üçün vahid geyim forması müəyyən edilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeli
tibb müəssisələrində çalışan tibbi və qeyri-tibbi personal üçün
nəzərdə tutulmuş geyim formalarının təqdimatı keçirilib.

Qurumdan AzerTimes-a verilən məlumata görə, Medical Mediada
keçirilən təqdimat mərasimində TƏBİB-in İdarə Heyətinin sədri
vəzifəsini icra edən Vüqar Qurbanov və struktur bölmə rəhbərləri
iştirak edib.

Tədbirdə həkim, cərrah həkimlər, reanimasiya həkimləri,
radiologiya həkimləri, həmçinin tibb bacıları, stomatoloqlar, xəstə
baxıcıları, orta tibb işçiləri, porter, təcili tibbi yardım
personalı üçün geyim dəstləri nümayiş olunub.

Bundan başqa, xəstə geyim dəsti, uşaq pasiyentlər üçün geyim
dəsti və digər qeyri-tibb personalı üçün nəzərdə tutulan geyim
nümunələri də təqdim edilib.

Məlumat üçün qeyd edək ki, geyimlərin hazırlanması zamanı dünya
təcrübəsinə istinad edilib.

32 adda olan xüsusi geyimlərdə ağ, tünd göy, açıq yaşıl,
bənövşəyi, firuzəyi, mavi, çəhrayı, sarı, boz rənglərdən, xüsusi
elementlərdən və yüksək keyfiyyətli parçadan istifadə olunub.

Yaxın müddətdə TƏBİB-in tabeli tibb müəssisələrində çalışan
tibbi və qeyri-tibbi personal bu geyimlərdən istifadə edəcək.

Teqlər: