Ayşəni narkotik qəbul etdiyi üçün öldürdüm – Həyat yoldaşının başını kəsən şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi
amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid Məmməd Mirizadə deyib ki,
qətlə yetirilən şəxsin anasının iş yoldaşı olub.

“Ayşən küçədə gedirdi. Mən ona yaxınlaşanda Əsgər gəlib məni
vurub qaçdı”.

Təqsirləndirilən şəxs Əsgər Musayev isə şahidin yalan
danışdığını bildirib. O qeyd edib ki, narkotik istifadəçisi olan
Ayşənin Məmməd Mirizadə ilə sevgi münasibəti olub: “Mən yoldaşımı
evə aparırdım. Məmməd qarşıma çıxdı. Şübhələndim. Yoldaşımı yarı
yolda sürüb qayıtdım. Başqa yolla gedib onu izləyəndə gördüm ki,
Məmməd Ayşənə yaxınlaşdı, başladı onu döyməyə. Mən onlara
yaxınlaşıb Məmmədi vurdum. Məmməd zəng vurub dostlarını çağıranda
mən qaçdım. Ayşəni narkotik qəbul etməyi Məmməd öyrətmişdi. Qətlə
yetirməyimin də səbəbi bu olub”.

Digər şahid, təqsirləndirilən şəxs, Əsgər Musayevin atası Mansur
Musayev bildirib ki, oğlu 5 il ailəli olub.

“Əvvəl 2 il yaxşı yaşayıblar. 2 ildən sonra qayınanasının təkidi
ilə bizim yanımızdan köçdülər. Bir müddət aralarında problem
yarandı. Ondan sonra ailədə problemlər daha da artdı. Eşitdim ki
Ayşən başqa kişilərlə görüşür. Bunu oğluma demək istəmirdim. Bir
dəfə qızı bir oğlanla gördüm. Sonradan eşitdim ki, narkotik
istifadəçisidir. Bir dəfə Ayşənə dedim ki, sənin haqqında
məlumatlar var, özüm də oğlanla görmüşəm. Ona dedim ki ya bu yoldan
çəkil, ya da ayrılıb. Ayşən məni və oğlumu hədələyirdi. Mənə dedi
ki, mənimlə bağlı maraqlanmayıb, mən öz həyatımı yaşayıram.
Hadisədən 6 ay əvvəl bunu oğluma dedim”.

Ə.Musayevin anası Məhbubə Musayeva isə deyib ki, qətl hadisəsi
baş verəndə işdə olub: “Əsgər mənə zəng vurdu ki, iş yerinə
gəlirəm. Gəldi götürdü və dedi ki Ayşəni öldürmüşəm. Sonra gedib
təslim oldu”.

İttihama görə, ötən il noyabrın 10-u saat 17 radələrində
Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il
təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il
təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində
aralarında yaranan mübahisə zamanı Ayşən Rəhimovanın boğaz
nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət
işi başlanıb.

Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
olunub.

Teqlər: