Hədəfimiz Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri yerinə yetirməkdir – Şahin Seyidzadə (FOTO/VİDEO)

İçərişəhərin mühafizəsi, qədim tarixi irsimizin
qorunub-saxlanması, abidələrin bərpa və konservasiyası daim
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən
ciddi nəzarətdə saxlanılır. Həmçinin, Heydər Əliyev Fondu yarandığı
ilk gündən İçərişəhərə daim diqqət göstərib. Bütün bunlar ölkə
rəhbərliyinin xalqımızın tarixi keçmişinə verdiyi böyük önəmin
göstəricisidir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə
açıqlamasında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib.

Qoruğun rəhbəri qeyd edib ki, bu gün əsas hədəf Prezident İlham
Əliyevin bu istiqamətdə qarşıya qoyduğu vəzifələri yerinə
yetirməkdir: “Prezident İlham Əliyevin tələbi İçərişəhəri ciddi
mühafizə etmək, tarixi abidələrimizi qoruyaraq gələcək nəsillərə
ötürmək, təmir, bərpa, konservasiya işlərini ən yüksək səivyyədə
həyata keçirməkdir. Biz, həmçinin, çalışırıq ki, həm İçərişəhər
sakinlərinin, həm də yerli və xarici qonaqların məmnunluğunu təmin
edək. İnsanların rahat istirahəti, ziyarətçilərin bizdən razı
qalması əsas məqsədimizdir”.

Ş.Seyidzadə əlavə edib ki, içərişəhərlilərin problemlərinin
həlli, istək və arzularının yerinə yetirilməsi üçün tezliklə
vətəndaşlarla iş sektoru yaradılacaq və mütəmadi qəbullar
keçiriləcək.

İdarə rəhbəri, həmçinin, bildirib ki, hazırda “Bakı Xanlarının
evi” kompleksindəki muzeydə təmir-bərpa işləri yekunlaşmaq üzrədir
və tezliklə bu məkan açılaraq ziyarətçilərin istifadəsinə
veriləcək.

Müsahibənin videovariantını təqdim edirik:

Teqlər: