Prezident İlham Əliyev: Litva ilə əməkdaşlığımızın səviyyəsindən məmnunuq

Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm
töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq.

AzerTimes xəbər verir ki, bunu
Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Litva
Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı
deyib.

Dövlət başçısı bildirib: “Səfəriniz çərçivəsində bir sıra
tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var.
İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı
böyük maraq var.

Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət
bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən
də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik. İki il bundan
öncə bizim videokonfrans vasitəsilə görüşümüz oldu. Mən bu
təşəbbüsə görə minnətdaram, bu, bizim ilk tanışlığımız idi. Bu gün
isə Sizi qəbul etməyimdən məmnunam. Əminəm ki, özünüzü Azərbaycanda
evinizdəki kimi hiss edəcəksiniz və buradan xoş xatirələrlə
ayrılacaqsınız. Bir daha xoş gəlmisiniz, səfərinizin xoş keçməyini
arzu edirəm”.

Teqlər: