Heç bir kriminal qruplaşmanın üzvü deyiləm – “Lotu Quli”nin adamının qətlində təqsirləndirilən şəxs

Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ildə Rusiyada “Lotu
Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə
yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter
Camal” kimi tanınan Camal Həsənovun məhkəmə prosesi davam edib.

AzerTimes-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə sərbəst ifadə verən təqsirləndirilən şəxs özünü
ittihamlarda təqsirli bilməyib və Cabir Həsənovu qətlə
yetirmədiyini deyib.

“Hadisə olan gün Sank-Peterburqda olmuşam, oteldə qalmışam.
Oradan Minskə gedib, Azərbaycana qayıtmışam. İndi isə törətmədiyim
cinayətə görə mühakimə olunuram. Mənim kriminal aləmlə heç bir
əlaqəm yoxdur. Bu iş tam olaraq quramadır. Heç bir kriminal
qruplaşmanın üzvü deyiləm”, – təqsirləndirilən şəxs bildirib.

Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkənin hüquqi varisi və
şahidlər Rusiyada yaşayırlar.

Təqsirləndirilən şəxs şahidlərin məhkəməyə gətirələrək ifadə
vermələrini tələb edib: “Müstəntiqin də şahid kimi dindirilməsini
tələb edirəm. Bu iş başdan-ayağa uydurmadır”.

Proses mayın 13-də davam edəcək.

Qeyd edək ki, Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə
orqanların əməkdaşları tərəfindən tutulub.
Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1,
228.2.1-ci maddələri ilə ittiham verilib.

Teqlər: