Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri heyrətamiz sürətlə davam edir – Pakistanlı ekspert

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işləri
heyrətamiz sürətlə davam edir.

Trend-in məlumatına görə, bunu ADA
Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”
mövzusunda beynəlxalq konfransın iştirakçısı Pakistan Araşdırmalar
Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm deyib.

“Ermənistanın təbliğat kampaniyasını dayandırmaq lazımdır,
beynəlxalq ictimaiyyət baş verənlərin, Qarabağda bərpa işlərinin
necə getməsinin real mənzərəsini özü görməlidir”, – deyə
bildirib.

O əlavə edib ki, Şuşada bir neçə sakinlə görüşüb və onlar bərpa
işlərindən, Azərbaycan hökumətinin vətəndaşlarına qayğısından
məmnun olduqlarını bildiriblər.

Ekspert, həmçinin, təəssüflə qeyd edib ki, son bir il ərzində
azad edilmiş ərazilərdə mina səbəbindən 100-dən çox şəxs həlak
olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: