Bakının bu prospektlərində hərəkət məhdudlaşdırılacaq

Bakıda 30 aprel və 01 may tarixlərində (şənbə və bazar günləri)
bir neçə prospektlərin müəyyən hissələrində təmir işləri
aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
AzerTimes-a verilən məlumata görə, 30 aprel saat 08:00-dan 01 may saat
20:00-dək Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov
küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə
əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam
məhdudlaşdırılacaq.

Məlumata görə, 30 aprel saat 08:00-dan 01 may saat 20:00-dək
Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın inzibati binasının
önü). aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin
hərəkəti qismən məhdudlaşdırılacaq.

Qeyd olunur ki, 01 may saat 08:00-dan saat 20:00-dək Heydər
Əliyev prospektində Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu
yol qovşağı istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar
nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir
işlərinə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə
uyğun alternativ yollardan istifadə etmələri, qeyd olunan
tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən
diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş
olunur”, – məlumatda qeyd olunur.

Teqlər: