Həbsdəki ərinə telefon ötürmək istəyən qadın saxlanılıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq
təcridxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin
qarşısı alınıb.

Bu barədə AzerTimes-a Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 234.2; 237.2.1 və 237.2.3-cü maddələri ilə
təqsirli bilinərək həbs edilmiş şəxs Rahib Zahid oğlu Babayevlə
qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Ağdaş rayon sakini Nərmin
Xələddin qızı Babayevanın şəxsi əşyalarına və üzərinə baxış
keçirilən zaman, pul kisəsinin içərisində gizlədilmiş daxilində
danışıq kartları olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı
aşkar edilib.

Teqlər: