Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir – Si Cinpin

Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə
inkişaf edir.

Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri
Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
ünvanladığı məktubda bildirilib.

“İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, “Bir
kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir
və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir. Mən
Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət
verirəm. Diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə
əlaqədar ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin
ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da
inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”,
– deyə məktubda qeyd olunub.

Teqlər: