Almaniyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter
Ştaynmayerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
təbrik məktubu gəlib.

Məktubda deyilir:

“Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və
Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından
səmimi təbriklərimi yetirirəm.

Ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il
fevralın 20-də qurulub.

Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv
şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etmişdir. Sizi
əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da
genişləndirilməsinə böyük maraq göstərir. Bura həm də Azərbaycanla
insan hüquqlarına dair aparılan dialoq və ölkələrimizin vətəndaş
cəmiyyətləri arasında mübadilənin dəstəklənməsi daxildir.

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və
ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji
təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu
sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək
istəyirik.

Sizə və ailənizə cansağlığı, firavanlıq, ölkənizin
vətəndaşlarına sülh və əmin-amanlıq şəraitində uğurlu gələcək
diləyirəm”.

Teqlər: