Hava şəraiti ilə bağlı avtomobil yollarında hansı vəziyyət gözlənilir?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə
əlaqədar avtomobil yollarının dumanlı olacağı və bəzi yolların buz
bağlayacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun
direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti
davam etdiyindən gecə və səhər saatlarında magistral avtomobil
yolları dumanlı və şaxtalı olacaq.

G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə əlaqədar, əsasən
Quba-Qusar, Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Şəmkir-Gədəbəy,
Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının
bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacaq,
dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

“Bu cür hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı olması
tövsiyə olunur”.

Teqlər: