ABŞ-da atışma nəticəsində azı bir nəfər ölüb, xeyli yaralı var

ABŞ-ın Texas ştatının Dallas şəhərində şənlik gecəsində baş
verən atışma nəticəsində ən azı bir nəfər ölüb, 10 nəfər
yaralanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə WFAA telekanalı
məlumat yayıb.

Hadisə gecə yarısı baş verib. Telekanalın mənbələrinin
məlumatına görə, şənliyin bir neçə iştirakçısı küçəyə çıxıb, bundan
sonra yoldan keçən avtomobildən onlara atəş açılıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır.