Hakan Fidan Azərbaycanı təbrik etdi

Hakan Fidan Azərbaycanı təbrik etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə təbrik edib.

AzerTimes xəbər verir nazir bu barədə özünün rəsmi Tvitter səhifəsində paylaşım edib.

“Bu gün həm Can Azərbaycanın Milli Qurtuluş Günü, həm də aramızdakı təbii ittifaqı daha güclü edən Şuşa Bəyannaməsinin ildönümüdür. Mübarək olsun! Acımızın və sevincimizin hər zaman bir olduğu azərbaycanlı qardaşlarımızla Bir millət iki dövlətik!”, – nazir bildirib.

Teqlər: