Bakı əməliyyata başlayır: Kreml özünü sığortaladı

Bakı əməliyyata başlayır: Kreml özünü sığortaladı

Qarabağda mümkün antiterror əməliyyatı öncəsi Rusiya öz oyununu oynamağa başlayıb. “Ria Novosti”nin ABŞ-ın Qarabağdakı separatçılara “reinteqrasiya görüşlərindən imtina ediləcəksə, Bakı antiterror əməliyyatına başlayacaq” xəbərdarlığına dair tirajladığı informasiya Moskvanın prosesi idarə etmək gedişi olaraq görünür.

Rusiya ABŞ-ı ittiham edir, o cümlədən, “günah keçisi” olaraq separatçıların qondarma “xarici işlər naziri” Kazaryanı göstərir. Reinteqrasiya və bunun ABŞ vasitəçiliyi ilə həyata keçirilməsi Moskvanın Qarabağdakı maraqlarına ciddi zərbədir, bu baxımdan, infotəxribatlarla prosesi baltalayır.

Lakin başqa məqam da diqqətdən yayınmamalıdır: ABŞ xəbərdarlıq etsə belə, separatçıların reinteqrasiya prosesinə razılaşacaqları çətin görünür və mövcud vəziyyətdə, xüsusilə son təxribalar fonunda antiterror əməliyyatı daha aktual görünür; Bakı anti-terror əməliyyatı keçirmək qərarı veribsə, rusların bu cür infotəxribatları bunun qarşısını ala bilməyəcək.

Bu baxımdan, rusların infotəxribatı daha çox özünü “sığortalamağa” bənzəyir. Mümkün antiterror əməliyyatında “Bakını buna sövq edən Vaşinqtondur” deyə bilmək üçün istinad nöqtələri yaradırlar.

Teqlər: