Xankəndi yolu mülki və humanitar məqsədlər üçün açıqdır.
AzerTimes xəbər verir ki, bunu Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.
H. Hacıyev dinc etiraz aksiyası iştirakçılarının Xankəndi yolunu bağlamadıqlarına dair video da paylaşıb:
“Videodan da göründüyü kimi, ekofəallar kənara çəkilir və Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının rahatlıqla keçə bilməsi üçün şərait yaradırlar. İrəvana gedən təcili tibbi yardım maşınları Şuşa-Xankəndi yolunun kəsişməsindən keçirlər. Yeni doğulan oğlan uşağı və onun hər iki valideyni İrəvana aparılıb. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. Yolun blokada olunması ilə bağlı təbliğatı dayandırın!!!”.
As vidoe shows eco-protestors stand aside and another convey of @ICRC ambulances enrouting to Iravan pass through intersection of Shusha-Khankandi road. Baby boy and his both parents taken to Iravan. Road is open for civilians/humanitarian purposes. Stop ‘blockade’ propaganda!!! pic.twitter.com/YF3MaTCI9K
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 24, 2022