Salyan sakini Şirvanda 2 nəfəri soydu

Salyan sakini Şirvanda 2 nəfəri soydu

Şirvan Şəhər Polis Şöbəsinə iki nəfər şəhər sakininin bankomatdan pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istədikləri, lakin sonuncunun kartdan pul çəkdikdən sonra həmin ərazidən uzaqlaşdığı və onların pullarını soyğunçuluq yolu ilə ələ keçirdiyi barədə məlumat daxil olub.

Bu barədə AzerTimes-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və həmin cinayət əməlini Bakı şəhərində saxlanılmış və inzibati qaydada həbs edilmiş Salyan rayon sakini Fizuli Nəcəfovun törətdiyi müəyyən edilib.

Həmin şəxs Şirvan ŞPŞ-yə gətirilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Polis əməkdaşları F.Nəcəfovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərər çəkmiş başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə müraciət etmələri xahiş olunur.

Teqlər: