ABŞ-da qar çovğunu: ölənlər var

ABŞ-da qar çovğunu: ölənlər var

ABŞ-da qar çovğunu nəticəsində azı 9 nəfər ölüb.

AzerTimes xəbər verir ki, məlumatı CNN telekanalı yayıb.

Əlverişsiz hava şəraiti səbəbindən baş verən qəzalar nəticəsində insan ölümləri Ohayo, Kentukki, Missuri və Kanzas ştatlarında qeydə alınıb.

Qeyd edək ki, hazırda ABŞ-ın bir çox ştatlarında temperatur rekord həddə aşağı düşüb, Vayominq ştatında isə havanın temperaturu -41 dərəcəni göstərib.

Teqlər: