Hacıqabulda ağır qəza: yaralılar var

Hacıqabulda ağır qəza: yaralılar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

Məlumata görə, “Volksvagen Passat” markalı avtomobilin aşması nəticəsində dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfər müxtəlif dərəcəli xəsarətləri alıb.

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: