Gürcüstanda yeni səhiyyə naziri təyin olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanın müdafiə nazirinin sabiq müavini Zurab Azaraşvili yeni məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri təyin olunub.

Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili qərar verib.

Qeyd edək ki, Z.Azaraşvili 2021-ci ilin fevralında müdafiə nazirinin müavini təyin olunmuşdu.

O, səhiyyə naziri vəzifəsində dekabrın 9-da istefa vermiş Yekaterina Tikaradzeni əvəz edəcək.