ABŞ-da mağazada atışma olub – Üç ölü

Xəbər - Orxan Nəbiyev – Trend:

ABŞ-ın Texas ştatında mağazaların birində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç nəfər həlak olub. Daha bir nəfər isə yaralanıb.

Qeyd olunur ki, atışma Qarland şəhərində baş verib. Avtomobildən çıxan silahlı şəxs mağazaya daxil olan kimi atəş açıb. Daha sonra o, avtomobilə qayıdaraq hadisə yerini tərk edib.


Hazırda polis həmin şəxsin axtarışlarını aparır, hadisənin motivləri ilə bağlı araşdırma gedir.