Gürcüstanda koronavirusla bağlı məhdudiyyətlərin müddəti uzadılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin müddəti uzadılıb.

AzerTimes-ın məlumatına görə, ölkə ərazisində ictimai nəqliyyatın işi ilə bağlı qadağa sentyabrın 13-dək davam edəcək. Daha əvvəl, bu müddət sentyabrın 4-dək elan edilmişdi.

Eyni zamanda, Gürcüstanda tədris müəssisələrinin sentyabrın 15-də distant rejimdə fəaliyyətə başlayacağı bildirilib.

Qeyd edək ki, ötən sutka ərzində Gürcüstanda koronavirusdan ölüm hallarında ən yüksək göstərici qeydə alınıb. Belə ki, statistikaya görə, ölkədə 79 nəfər həyatını itirib və bugünədək Gürcüstanda ölənlərin sayı 7 408 nəfərə çatıb.


Ötən gün, həmçinin ölkədə 4 778 yeni yoluxma qeydə alınıb. Bununla da ümumi yoluxma sayı 550 min nəfərə çatır.