Gürcüstanda koronavirusa daha 986 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində koronavirusa 986 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 342 880 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 12 nəfər ölüb, 590 nəfər isə sağalıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 739 nəfər, sağalanların sayı isə 325 016 nəfər təşkil edir.