Afrikada koronavirusa yoluxanların sayı 4,81 milyonu ötüb

Afrikada koronavirusa yoluxanların sayı 4,81 milyon nəfəri ötüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, aprelin 18-i üçün Afrikada koronavirusa 4 812 313 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 130 025 nəfəri vəfat edib, 4 351 816 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Efiopiyada və Misirdə qeydə alınıb.