Gürcüstanda koronavirusa daha 1 064 nəfər yoluxub

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 064 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 335 769 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 29 nəfər ölüb, 1 135 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 4 569 nəfər, sağalanların sayı isə 316 389 nəfər təşkil edir.