Çində ard-arda 3 güclü zəlzələ olub, ölənlər var

Çinin cənub-qərbindəki Yünnan vilayətində bir neçə güclü zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, Yanbi muxtar rayonunda 5,6 bal gücündə ilk zəlzələdən sonra 6,4 bal və 5 bal gücündə növbəti təkanlar olub.

Təbii fəlakət nəticəsində ilkin məlumata görə, azı 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hazırda zəlzələlərin fəsadlarının dəqiq miqyası araşdırılır.