Gürcüstanda 4,9 bal gücündə zəlzələ olub

Gürcüstanda 4,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildiriblər.

Məlumata əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:44-də qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.