ABŞ öz səfirliyinin bütün əməkdaşlarını Kabilin hava limanına təxliyə edib

ABŞ Əfqanıstandakı səfirliyinin əməkdaşlarının Kabilin hava limanına təxliyəsi prosesini tamamlayıb.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

N.Prays bildirib: “Səfirliyin bütün işçilərinin təhlükəsiz təxliyəsinin artıq tamamlandığını təsdiq edə bilərik. Səfirliyin bütün əməkdaşları ətrafı ABŞ ordusu tərəfindən qorunan Həmid Kərzai Beynəlxalq Hava Limanındadırlar”.


Xatırladaq ki, “Taliban” ötən gün Əfqanıstanın paytaxtı Kabulu döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk edib.