Gürcüstanda 4,9 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildiriblər.
Məlumata əsasən, yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:44-də qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.